Ölkə

Yevlaxda minik maşını yandı - Xəsarət alanların vəziyyəti açıqlandı - FOTO

26 May 2025 14:59
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25.05.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, yanıq xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib.

"Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

1968-ci il təvəllüdlü şəxsə hər iki yuxarı ətrafının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Üzün hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozları təyin edilən 1962-ci il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - qurumdan bilirilib.

xxx

10:18

Yevlaxda minik maşını yanıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib.

Belə ki, "Mitsubishi" markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub. Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb avtomobil isə yararsız hala düşüb.

Yanıq xəsarətləri alan şəxslər xəstəxanaya çatdırılıb. Yanğın zamanı xəsarət alanlar "Mitsubishi" markalı avtomobilin sürücüsü Əliyev Raquf Əvəz oğlu və avtomobildə olan Əsədov Akif Şiraslan oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.