Ölkə

Yeni təyin edilən nazir kimdir? - DOSYE

21 May 2025 11:06
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Milli.Az yeni təyin edilən nazirin dosyesini təqdim edir.

O, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq" fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Rafail Quliyev əvvəllər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.

Ailəlidir, 4 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.