Siyasət

Tokayev Prezident İlham Əliyevə təşəkkür etdi

21 May 2025 16:04
Baxış: 455

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev neft, qaz, uran və digər malların tədarük zəncirlərinin şaxələndirilməsi üzrə bu təşkilatın potensialından istifadənin tərəfdarı olduğunu bildirib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, o, Qazaxıstanın Avropaya neft ixracının artırılmasına yönəlmiş səylərini dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bundan əlavə, Kasım-Jomart Tokayev qeyd edib ki, son vaxtlar beynəlxalq ekspertlər Trans-Xəzər neft-qaz kəmərinin tikintisi təşəbbüsünü müzakirə edirlər. Onun sözlərinə görə, belə irimiqyaslı layihələr transmilli səviyyədə əlaqələndirilmiş fəaliyyət tələb edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.