Lənkəran sakini olan bir nəfər qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb.
Araşdırmalarla Ə.Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkilərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.
Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.
Milli.Az