Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən əsas məsələlərdən biri onun harada dəfn ediləcəyidir. Bəzi vətəndaşlar üçün məzar yeri onun sağlığında əldə edilir. Təcrübə göstərir ki, qəbir yerləri heç bir halda pulsuz olmur. Hətta məzar yerlərinin kənar şəxslər tərəfindən alınaraq sonradan yüksək qiymətə satılması halları ilə də rastlaşmaq mümkündür. Qiymətlər isə qəbir yerinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Maraqlıdır, bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına əsasən, ölmüş şəxsin qohumları və digərləri qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət etməlidir. Ərizəyə ölüm faktını təsdiq edən sənədin və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalıdır. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
Qəbiristanlıqda boş yer olmadıqda və ya bu sənədlər təqdim edilmədikdə, yerin ayrılmasından imtina edilməsi barədə qarşı tərəf dərhal məlumatlandırılmalıdır.
Qiymətə gəlincə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Ətraflı
Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir.
Hər nə qədər reallıqdan uzaq olsa da, eyni qəbir yerindən təkrar istifadə də mümkündür. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, eyni qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsi, yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya müəyyən səbəblərdən qəbrin köçürülməsi yolu ilə mümkündür.
Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına ödənilə bilər. Yəni qəbiristanlıqların gəlir mənbələri arasında da qəbir yerlərinin ayrılması ilə bağlı ödənişlər yer almayıb.
Buradan, həmçinin o da məlum olur ki, pulla əldə edilən qəbir yerlərinin mülkiyyət sənədi mövcud deyil. Bu baxımdan həmin yerlərin qanuni əsaslarla alqı-satqısı da mümkün deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
XƏBƏR LENTİ
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)





