Ölkə

Sumqayıtda 15 ağacı kəsən şəxs cərimələndi

23 Aprel 2025 12:25
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə Milli.Az-a İdarənin rəisi Asif Məcidov məlumat verib.

O bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib: "Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub".

"Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7 min 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib", A.Məcidov əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.