Müəllimin gündəmə çevrilən səs yazısına aydınlıq gətirildi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21:37
Dərs zamanı şagirdlər dəyənək ilə döyülür, psixoloji təzyiqə məruz qalırlar.
Sosial şəbəkələrdə yayılan səslərdə müəllimin dərs vaxtı təhqiramiz ifadələr işlətdiyi iddia edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Suraxanı rayonu, 316 nömrəli orta məktəbdə baş verib. Səs yazılarının məktəbin riyaziyyat müəllimi Mehman Qurbanlıya məxsus olduğu bildirilir. Məktəbdə təhsil alan şagirdlərin sözlərinə görə, həmin müəllim yuxarı siniflərə dərs keçir. Şagirdlər baş verən hadisəni təsdiqləyir və həmin müəllimin çox aqressiv olduğunu bildiriblər.
Hadisədə adı halanan müəllim Mehman Qurbanlı haqqında deyilənləri jurnalistlərə açıqlamasında inkar edib. Bildirib ki, "müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar, mən də onları tərbiyələndirmişəm. Onun sözlərinə görə, uşaqları döyməyib, sadəcə xətkeşi masanın üzərinə vurub.
"Uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir", - deyə o bildirib.
Məsələ ilə bağlı sözügüdən məktəbə yollandıq. Əvvəlcə heç bir açıqlama verilmədi. Daha sonra isə sorğumuz əsasında bildrildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb.
Daha ətaraflı videomaterialı təqdim edirik:
------------
13:23
Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddiaları ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Milli.Az-a bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birində müəllimin şagirdlərə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, hazırda bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
XƏBƏR LENTİ
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü





