Ölkə

Lənkəranlı kolleksiyaçı: "Bəzən cibimin son qəpiyini verib onları almışam" - FOTO

7 Aprel 2025 08:32
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonunun Cil kəndindən olan val kolleksiyaçısı kimi tanınan Əli Əkbərov Şağlaser Kənd Sənətkarlıq Evində çalışır. O, Azərbaycanın tanınmış müğənnilərinin vallarını yığaraq evinin bir otağını muzeyə çevirib.

Musiqi vallarından əlavə, korifey sənətkarların afişa və fotolarını da yığan Əli Əkbərov ömrünün 30 ilindən çoxunu bu axtarışlara sərf edib.

"Bu vallar Milli Azərbaycan musiqisinin, muğamlarımızın ən gözəl nüsxələridir, ən gözəl nümunələridir. Bəzən cibimin son qəpiyini verib bu plastinkaları əldə etmişəm", - deyə o bildirib.

Kolleksiyaçı bu gün də ölkənin dörd bir tərəfindən val axtarışlarını davam etdirir. Onun arzusu bu valları qoruyub gələcək nəsillərə ötürməkdir. Əli Əkbərov deyir ki, demək olar, hər gün onların evinə qonaqlar gəlir, xanəndələrin səslərini dinləyirlər. Qeyd edək ki, hazırda kolleksiyaçının arxivində 2 minə yaxın val var. Valların qiyməti isə təxminən 500-1 500 manata kimidir. (baku tv)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.