Müəllimlərin NƏZƏRİNƏ: Başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.
Milli.Az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.
Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək.
Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:
-Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
-İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
- Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, sözügedən müəssisələrdə 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.
Sənəd qəbulu 4 aprel saat 11:00-dan 10 aprel saat 11:00-dək davam edəcək.
DİGƏR XƏBƏRLƏR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Necla Uyqur vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Limon alarkən ehtiyatlı olun
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
Oktyabrın beş şanslı bürcü
-
“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
-
Süd məhsullarını bu qidalarla birlikdə yemək olmaz
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
54 yaşlı Defne Samyelinin dərin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
AFFA UEFA-nın qərarına qarşı çıxıb
-
"Mançester Siti"yə ağır cəza gözlənilir
-
Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turist xəstəxanalıq oldu - (Foto)
-
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər





