İlon Maskın interneti Azərbaycanda - Qiymətlər qonşu ölkələrdən UCUZDUR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinin "Starlink" peyk internet xidməti bu gün etibarilə Azərbaycanda aktivləşdirilib.
Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün "Starlink Mini Kit" və ya "Starlink Standard Kit" cihazlarından birini əldə etməlidirlər. Bu cihazların qiyməti müvafiq olaraq 340 və 670 manatdır, çatdırılma haqqı isə 50 manat təşkil edir. Xidmətin aylıq abunə haqqı 100 manat müəyyən edilib.
Qeyd edək ki, "Starlink" aşağı Yer orbitində yerləşən minlərlə peykdən istifadə edərək yüksək sürətli və aşağı gecikməli internet xidməti təqdim edir. Müxtəlif bölgələrdə aparılan sınaqlar nəticəsində yükləmə sürətləri 50 Mbit/s-dən 500 Mbit/s-ə qədər dəyişir, bu da istifadəçilərə axın ötürülməsi, onlayn oyun və video konfrans kimi fəaliyyətləri rahatlıqla həyata keçirməyə imkan verir.
"Starlink" xidməti sürətli və etibarlı internet bağlantısı təmin etdiyi üçün dünya üzrə müsbət rəylər alır. Xüsusilə internet infrastrukturu zəif olan bölgələrdə bu xidmət yüksək qiymətləndirilir.
2025-ci ilin mart ayına olan məlumata görə, "Starlink" 130-dan çox ölkə və ərazidə fəaliyyət göstərir. Son dövrlərdə xidmətə qoşulan ölkələr arasında Ermnistan, Monqolustan, Argentina, Albaniya və Oman da var.
"Starlink" xidmətinin qiymətləri ölkədən ölkəyə dəyişir. Məsələn, Avstraliyada istifadəçilər aylıq abunə haqqı olaraq təxminən 139 Avstraliya dolları (təxminən 236 manat) ödəyirlər. Cihazların qiyməti isə təxminən 924 Avstraliya dollarıdır (təxminən 1,570 manat).
Modern.az-ın araşdırmasına görə, MDB ölkələri arasında Gürcüstan və Ermənistan artıq "Starlink" xidmətindən yararlanır.
Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat).
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında bu xidmətdən ilk istifadə edən ölkə Azərbaycandır. Hazırda Türkiyə, Qazaxıstan və Özbəkistanda xidmətin aktivləşdirilməsi üçün danışıqlar aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
XƏBƏR LENTİ
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq





