Maaşla işləyənlərin NƏZƏRİNƏ - Ən azı bu qədər olmalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir.
Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır?
Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz.
Məsələn, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında" Qərarına əsasən, mühasibin əməyinin ödənilmə dərəcəsi 5-11-ci dərəcələr aralığında müəyyən olunub. Vahid Tarif Cədvəlinə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı 470-600 manat aralığındadır. Həmçinin psixoloq, hüquq məsləhətçisi, redaktor, tərcüməçi üzrə bu göstərici 490-600 manatdır.
Digər vəzifələr üçün isə minimum göstərici aşağıdakılardır:
- Əczaçı 490-550 manat
- Səs rejissoru, rejissor 550-600 manat
- Kassir 450-490 manat
- Mühəndis 490-600 manat
- İqtisadçı 490-600 manat
- Konstruktor 490-650 manat
- Bütün janrlardan olan artistlər 450-700 manat
- Memar 490-650 manat
- Katibə 433 manat
- İnkassator 450-470 manat
- Tibb bacısı 470-575 manat
- Müxtəlif ixtisaslı həkimlər 550-700 manat
- Baytar həkim 550-675 manat
Reallığa gəlincə, bu ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda çalışanların çox hissəsi (kiçik fərqlə) özəl sektorda çalışır. Son statistikaya görə, elə dövlət və özəl sektorda olan orta aylıq əməkhaqları arasındakı fərqi də ikincinin xeyrinədir. Lakin emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi kimi sahələrdə özəl sektor dövlət sektorundan geridə qalır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Valideynlər bunu mütləq bilməlidir - Pediatr açıqladı
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz





