Bu müəssisələrin lisenziyaları ləğv olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri" fəaliyyət növü üzrə lisenziyaya malik "Nəzarət ölçü cihazları və avtomatika" və "Gözcü güvənlik" məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd edilib ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
XƏBƏR LENTİ
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib





