Kəlbəcərə turistləri necə cəlb etmək olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəlbəcər Azərbaycanın dağlıq və təbii gözəllikləri ilə zəngin bölgələrindən biridir və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradır. Kəlbəcərdə qış turizminin inkişafı üçün bir neçə perspektiv mövcuddur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ərazinin yüksək dağları və sərin iqlimi, xizəksürmə və digər qış idmanları üçün əlverişli şərait yaradır. Bölgədə bu növ mərkəzlərin yaradılması turistləri cəlb etmək üçün mühüm rol oynaya bilər. Böyük dağ massivləri xizəksürmə marşrutları, qar idman növləri ilə məşğul olmaq istəyən turistlər üçün mükəmməl bir yerdir.
Kəlbəcər, həmçinin, unikal təbii abidələrə malikdir. Qarla örtülmüş meşələr, dağ çayları və təmiz hava, ekoturizm və qış gəzintiləri üçün mükəmməl bir mühit yaradır. Bu cür turizm növü ətraf mühitin qorunması və təbiətə yaxın təcrübələr axtaran turistlər üçün cəlbedicidir.
Kəlbəcərdə qış mövsümündə yarışlar, festivallar, itədbirlər təşkil edilə bilər. Bu tədbirlər yerli mədəniyyəti və ənənələri tanıtmaqla yanaşı, turistləri bölgəyə cəlb etmək üçün yaxşı bir imkan yarada bilər.
Kəlbəcər bölgəsinin infrastrukturunun inkişafı da qış turizminə dəstək verə bilər. Yüksək səviyyəli hotellər, spa və istirahət mərkəzləri, restoranlar və digər xidmətlər turistlərin rahatlığını təmin edər və daha çox turistin bölgəyə gəlməsini təşviq edə bilər.
Kəlbəcər dağlarında da kanat xətlərinin, xizək yollarının tikilməsi üçün hər şərait var. Qış turizmi termal sular və sanatoriya müalicələri ilə də sıx əlaqəlidir. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb.
İstisu sanatoriyası hələ 1928-ci ildə salınıb. Ermənilər Kəlbəcəri işğal etdikdən sonra bölgəni dağıdıb xarabalığa çevirmişdilər. Lakin torpaqlarımız azad edildikdən sonra bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlini qoyub. Sanatoriya hazır olduqdan sonra buraya turist axını olacaq.
Kəlbəcərdəki qədim abidələr tarixə və mədəniyyətə marağı olan turistləri cəlb edə bilər. Bu abidələr və ənənəvi kəndlər turizm sahəsində potensial olaraq inkişaf etdirilə bilər.
Qış turizminin inkişafı həm yerli əhalinin iş imkanlarını artırmaq, həm də Azərbaycanın qış turizmi sektorunun inkişafına təkan verə bilər. Bu növ turizmin inkişafı, həmçinin, regionda infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə və xarici sərmayənin cəlb olunmasına kömək edə bilər.
Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov bildirmişdi ki, Kəlbəcər rayonunun turizm üzrə inkişaf strategiyası hazırlanıb: "Kəlbəcərdə hədəf ondan ibarətdir ki, 2040-cı ilədək bu rayonu həm sağlamlıq, həm də dağ turizmi istiqamətində regionda ən çox ziyarət olunan üç destinasiyadan biri edək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR
-
Əhvalınızı yüksəltmək istəyirsiniz? - Bu rəngləri geyinin
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
XƏBƏR LENTİ
-
Kremli nəm keks resepti
-
Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR
-
Əhvalınızı yüksəltmək istəyirsiniz? - Bu rəngləri geyinin
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı





