Özünü “polkovnik” kimi tanıdıb 600 min ələ keçirən bərbərə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib. O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib. Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü "polkovnik" rütbəli şəxs kimi təqdim etməklə külli miqdarda pul alıb. O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edibmiş.
Təqsirləndirilən şəxsin 13 nəfərdən aldığı pulları (müvafiq olaraq 19 000, 1400, 25 000, 21 000, 41 846, 8574, 37 000, 36 145, 23 750, 132 000, 180 000, 50 000, 52 120 manat) biznesə yatıracağı və qarşılığında əlavə qazanc verəcəyini vəd etdiyi qeyd olunub.
Bundan başqa, araşdırmalar zamanı Samirin adına 2 yerdə torpaq sahəsi olduğu müəyyənləşib. Lakin həmin torpaq sahələri icarə müqaviləsi ilə alındığından məhkəmə tərəfindən müsadirə edilməsi mümkün olmayıb. Eyni zamanda, onun adına heç bir mülk, əmlak üzə çıxmayıb./"qafqazinfo"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır





