Aleksandr Kalyaninovun pilot olma səbəbi - Anası danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Aleksandr atasına oxşamaq istəyirdi"
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova Bizim Media.az-a müsahibəsində deyib.
Milli Qəhrəmanın anası bildirib ki, Aleksandrın atası da pilot olub və o, elə atasına oxşamaq istəyirdi:
"Saşa 5 yaşından pilot olmağı arzulayırdı. Mərhum yoldaşım da təyyarəçi idi. Baş pilot işləyirdi. İşinin böyük peşəkarı idi. Dağlara, ən mürəkkəb yerlərə uçmağı bacaran, tələbələr yetişdirən bir adam idi. Saşa üçün atası ən gözəl nümunə sayılırdı, atası kimi bacarıqlı olmağa çalışırdı, çox oxuyurdu. Bilirdi ki, bu çox məsuliyyətli bir işdir. Ciddi yükü, məsuliyyəti var. Bilirdi ki, təyyarədəki insanlar üçün ciddi məsuliyyət daşıyır. O bunu çox yaxşı anlayırdı, elə son uçuşu da buna sübut oldu".
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər





