Ölkə

İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı

9 Yanvar 2025 14:29
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.