Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. "Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək."
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: "Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi" .
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
XƏBƏR LENTİ
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu





