Ölkə

Bu marşrut üzrə minimum qiymətlər açıqlanıb

4 Yanvar 2025 17:22
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) Bakı-Balakən-Bakı reysini bərpa edib.

ADY-dən Milli.Az-a verilən məlumata görə, 3 yanvarda yola çıxan ilk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar:

- hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-da;

- hər gün Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı-Balakən-Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.

Biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), "ADY Mobile" tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.