Ölkə

Bayram günlərində təcili yardıma rekord sayda müraciət oldu

6 Yanvar 2025 16:15
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il ilə əlaqədar qeyri-iş günlərində (30 dekabr- 5 yanvar tarixlərində) respublika üzrə təcili tibbi yardım xidmətinə ümumilikdə 39 881 çağırış daxil olub. Onlardan 18 597-si paytaxt Bakı üzrə, 21 284-ü isə bölgələrdə qeydə alınıb.  

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib. 

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.  

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur. 

Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.