"Bütün yaxınlarımın içində biabır olmuşam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər barəmdə yayılan xəbərlər şayədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?".
Milli.Az bildirir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib. Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından məlumatlanıb:
"Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabr olmuşam. Əgər bu işdə mən suçlu olsaydım indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən Müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim "Noldu Paşinyan" adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəm".
Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında ona qısqanclıq edənlər durur:
"Təxminən, ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslər barəsində cinayət işi açıldı. Hazırda Xətai rayon məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq".
Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin, azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.
O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





