Ölkə

Bu ərazidə yeni yol qovşağı salınacaq - VİDEO - FOTO

6 Yanvar 2025 15:32
Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.

Milli.Az Agentliyə istinadən xəbər verir ki, yeni yol qovşağı layihənin 1.8-ci km-lik hissəsində inşa edilir.

Qeyd edilib ki, qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir.

"Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin, istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.

Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmiş olacaq.

Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb.

Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur", - qurumdan bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.