Antalyada müalicə aldığı xəstəxanada 2 yanvar 2025-ci ildə həyatını itirən məşhur sənətçi Ferdi Tayfurun son günlərini keçirdiyi Marmarisdəki evi görüntülənib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, sənətçi bu dənizkənarı evdə bacısı və bacısı oğulları ilə birlikdə sakit bir həyat sürürdü.
79 yaşında dünyasını dəyişən Ferdi Tayfur 2024-cü ilin dekabrında səhhətində ciddi problemlər yaranandan sonra xəstəxanaya yerləşdirilib. İlk müalicəsi Muğlada aparılan Tayfur daha sonra təcili yardım təyyarəsi ilə Antalyaya köçürülüb. Bütün müdaxilələrə baxmayaraq, sənətçi yanvarın 2-də həyatını itirib.
Qeyd edək ki, Ferdi Tayfur yalnız musiqi və kino sahəsindəki uğurları ilə deyil, həm də sərmayələri ilə diqqət çəkirdi. Marmaris İçmeler bölgəsində hovuzlu villa almaqla sərmayələrinə başlayan sənətçi bir yarımada, İstanbulda 6 villa və 30 mənzil, Adanada isə 50 mənzilə sahib olub. Tikinti sektorunda da ortaqlıqları olan Tayfurun sərvəti və investisiyalarının tam miqyası hələ də məlum deyil.
Fidan
Milli.Az