"Rusiyanın miqrantlara qarşı sərtləşdirdiyi qaydalar özünə zərbə vuracaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiyanın miqrantlara qarşı sərtləşdirdiyi qaydalar özünə zərbə vuracaq".
Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, Rusiyanın miqrantlara qarşı qaydaları sərtləşdirməsi ən böyük zərbəni elə Rusiyanın özünə vuracaq.
"Əvvəla ona görə ki, onsuz da artıq Rusiyada ciddi demoqrafik problemlər mövcuddur. Əhalinin azalması və yaşlanması qarşısı alınmaz hala gəlib. Yeni qaydalar miqrant axınının azaldaraq bu problemləri daha da dərinləşdirəcək.
Digər tərəfdən Rusiyada ciddi İşçi qüvvəsinin çatışmazlığı mövcuddur. Bu qərar tikinti, kənd təsərrüfatı, xidmət və sənayedə daha da cətin vəziyyət yaradacaq. Çünki, bu sektorlarda işçi qüvvəsi çatışmazlığı artacaq. Bu isə ümumi iqtisadi artım tempini belə ləngidə bilər.
Üçüncü bir tərəfdən, İlleqal fəaliyyət zərurətə çevrildiyi üçün qeyri-rəsmi fəaliyyət artacaq və bu da vergidən yayınma hallarını artıraraq dövlət büdcəsinə mənfi təsir göstərəcək. Düzdür, bu böyük rəqəm olmasa da, heç bir dövlətin xoşlamadığı qarabazar sisteminin çiçıklənməsi üçün münbit mühit yaradacaq.
Digər bir mənfi təsir kimi miqrantlara qarşı sərt qaydaların Rusiyanın imicini daha da zədələcəyini göstərə bilərik. Həmçinin miqrant ölkələrlə, ələxsus da miqrantların əsas mənbəyi olan Orta Asiya ölkələri ilə əməkdaşlığa mənfi təsir göstərəcək.
Buna görə də Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirmək əvəzinə onların iqtisadi inteqrasiyasını asanlaşdıran mexanizmlər yaratmaqla demoqrafik göstəricilərini, işçi qüvvəsi çatışmazlığını, şəffaflığı, miqrant ölkələrlə münasinətlərini və ən nəhayət siyasi imicini yaxşılaşdıra bilərdi. Amma əksini etdi".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
XƏBƏR LENTİ
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Sükut içində addımlar” filminin təqdimatında iştirak edib - (Foto)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)





