Ölkə

Təyyarədə olanlardan 32 nəfər sağdır - Baş Prokurorluq

25 Dekabr 2024 14:19
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlanıb".

Milli.Az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Aktauda baş verən təyyarə qəzası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

"Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaq prosesi davam etdirilir. Cinayət işi üzrə bütün versiyalar üzrə işlər aparılır", - qurum rəsmisi əlavə edib.

Kənan Zeynalovun açıqlamasına görə, hazırkı məlumata əsasən, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.