Naxçıvanda məktəb bağlanıb? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi informasiya saytlarında Babək rayonunun Cəhri Qəsəbə 2 nömrəli tam orta məktəbi ilə bağlı həqiqətəuyğun olmayan informasiyalar yayılıb.
Məsələ ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu barədə sosial mediyada yayılan məlumatlar əsasızdır.
"Məktəb bağlanmır, sadəcə məktəb binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.
Belə ki, məktəb binasında yaranmış çatlar və bəzi sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutuna müraciət olunub.
"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun Naxçıvan şəhər filalının mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilib.
Mütəxəssislərin rəyinə əsasən, məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu, həmçinin, məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsi və əsaslı təmiri həm iqtisadi həmdə texniki cəhətdən səmərəsiz hesab olunub.
Layihə İnstitutunun rəyi əsasında məktəbdə təhsilalanların və təhsilverənlərin, eləcədə pedaqoji prosesin digər iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının təmini məqsədilə tədris prosesi dayandırılmadan məktəbin kollektivi 2024-cü il 02 dekabr tarixindən Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.
Növbəti illlərdə məktəb binası üçün layihələndirmə işlərinin aparılması və yeni binanın tikintisinə başlanılması nəzərdə tutulub.
Əlavə olaraq qeyd edirik ki, məktəbin bağlanması və təhsilalanların dərs saatının azalmasından söhbət getmir və dərs cədvəlinə uyğun olaraq müəllimlər ikinci növbədə Cəhri Qəsəbə 1 nömrəli məktəbdə tədrisi təşkil edirlər. Bir daha qeyd edirik ki, informasiya resruslarında yayılan məlumat həqiqəti əks etdirmir və cəmiyyəti çaşdırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin və şagirdlərin təhlükəsiz şəraitdə tədris prosesində iştirakı daim diqqətdə saxlanılır", - qurumdan bildirilib.
O da qeyd edilib ki, məktəb binalarının şəkillərini xoş olmayan məqsədlərə xidmət etməklə montaj edilib yayımlanması məktəbə, həmçinin, pedaqoji heyətə, şagirdlərə, valideynlərə hörmətsizlikdir və jurnalist etikasına xas olmayan hərəkətlərdir.
"Həqiqətə uyğun olmayan bu tipli informasiyalar son dövrlərdə ölkəmizdə təhsil sahəsində aparılan qanunauyğun və məqsədyönlü tədbirlərə kölgə salmaq məqsədi daşıyır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
XƏBƏR LENTİ
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar





