Qısamüddətli əmək müqaviləsi: Qanun nə deyir və ya işçinin hüquqları pozulurmu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar bir çox şirkətlərdə, özəl müəssisələrdə işə götürülən zaman əməkdaşlarla əmək müqaviləsi 3 aylıq bağlanılır. Müddət başa çatandan sonra onlarla yenidən müqavilə imzalanır. Bu isə işçiləri narahat edən əsas məsələlərdən biridir. İşçi işlədiyi müddətdə ancaq 3 aydan sonra işsiz qala biləcəyi haqqında düşünür.
Bəs, bu əmək müqaviləsində necə tənzimlənir?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov çıqlamasında bunun mümkün hal olduğunu bildirib:
"Qanunvericilikdə belə bir şey yoxdur, iki, hətta 3 ay da müqavilə bağlana bilər. Amma gərək qarşılıqlı razılaşma olsun. İşçi məcbur qalır və belə şərtlə razılaşır. Əslində, belə olmamlıdır. Qanunda deyilir ki, işin müddəti davamlı olduğu halda müqavilə müddətsiz bağlanmalıdır. İkinci bir bənddə isə deyilir ki, tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Rəhbərlər də işçi ilə müqaviləni necə istəyir elə bağlayır. Çox güman ki, işçi müdirin xoşuna gəlmir, ona görə çıxardır işdən. Müdirlər müqaviləni qısa müddətli bağlamaqla işçiləri özündən asılı vəziyyətdə saxlayırlar. İşçini iş vaxtından çox işlədirlər, onlarda razılaşmayanda növbəti dəfə müqaviləni uzatmırlar".
Vəkil Əkrəm Həsənov isə məsələnin hüquqi tərəflərini belə şərh edi
"Təəssüf ki, əmək müqaviləsinin müddəti bir ay da müəyyən oluna bilər. Bu da Əmək Məcəlləsində olan imkanla bağlıdır. Məcəllədə yazılıb ki, tərəflərin razılığı ilə əmək müqaviləsi istəlinən müddətə bağlanıla bilər. Qanuna görə müqavilə müddətsiz də bağlana bilər. Əslində işçinin 3 aydan bir müqaviləsinin yenilənməsi məntiqsiz bir normadır".
Əkrəm Həsənovun sözlərinə görə, bu işçilərin hüquqlarını pozan normadır:
"Əksər şirkətlərdə müqavilə belə qısa müddətli bağlanılır ki, sabah işçi müdirin xoşuna gəlməyəndə istəlinən halda onu kənarlaşdıra bilsin. Özü də açıq deyirlər ki, "səninlə müqaviləni uzatmıram, səndən xoşum gəlmir"./qaynarinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





