Su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yeni QAYDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biznes mühitinin yaxşılaşdırılmasının əsas göstəricilərindən biri biznes subyektlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur səviyyəsindən və əlçatanlığından birbaşa asılıdır".
Bu fikirləri Milli.Az-a açıqlamasında iqtisadi ekspert Samir Heydərov bildirib.
Ölkə rəhbərliyi tərəfindən hər zaman bu istiqamətdə görüləcək işlərin diqqət mərkəzində olduğunu deyən ekspert bu ilin mayında "Su şəbəkələrinə qoşulma" işçi qrupunun təşkil etdiyi genişləndirilmiş iclasda su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün Vahid Pəncərə sisteminin yaradılması barədə keçirilən təqdimatları xatırladıb: "Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə "Su təchizatı və tullantı suları haqqında" qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb".
Ekspertin fikrincə, iqtisadi islahatlar biznes subyektlərinin su sistemlərinə qoşulmasını asanlaşdırmaqla eyni zamanda şəffaflığı təmin edib. Bu da öz növbəsində biznes fəaliyyətini asanlaşdıraraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən amillərdən birinə çevrilib. Baxmayaraq ki, ölkəmizin su ehtiyatlarının 70-75 faizi ölkə xaricində formalaşır.
Su və tullantı sularının axıdılması sisteminə qoşulma istiqamətində bir çox region ölkələrindən öndə olduğumuzu vurğulayan ekspert suyun qiymətinin region ölkələri ilə eyni olduğunu söyləyərək suyun 1 m3-nun qiymətinin Avropa Birliyinə daxil olan ölkələrdən çox aşağı olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə daxili mənbələr hesabına formalaşan su ehtiyatlarının olması kənd təsərrüfatının inkişafı üçün regionda böyük imkanlar yaradır.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə adam başına aylıq su norması sayğac quraşdırılmayan istehlak qrupları üçün 5 m3 təyin edilib. Yeni sərəncam həm biznesin inkişafına, həm də sudan effektli istifadəyə zəmin yaradacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Pezeşkian Rusiyaya gedəcək
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - (Video)
-
Bu gün yola çıxan sürücülərə xəbərdarlıq edildi
-
Dünya bazarlarında neft bahalaşdı
-
Zaqatalada oğurluq edən şəxs tutuldu - (Video)
-
Trampdan neft və benzinlə bağlı açıqlama: Qiymətlər kəskin düşəcək
-
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)





