Ölkə

Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib - FOTO

19 Noyabr 2024 22:33
Baxış: 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "LU-MUN Holding" şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaşıl Zonada onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər qızılbalığı körpələri suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində təşkil olunub.

Qeyd edək ki, həmin tədbir endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına töhfə vermək məqsədilə həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.