Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib – DTX
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.
Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir





