Ölkə

Məşhur meyvə şirəsinin içindən görün nə çıxdı - VİDEO

19 Noyabr 2024 12:51
Baxış: 1 283
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mars Overseas Baku LTD" şirkətinin Tetra Pak qablaşdırmada istehsal etdiyi "Natura" meyvə şirəsinin içindən kif göbələyi çıxıb. 

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış bloqer Əfsanə Fərəc öz sosial şəbəkə hesabında paylaşım edib. 

2024-cü ilin 25 iyulunda istehsal edilən şirənin son istifadə tarixi 2025-ci ilin 25 iyul ayı göstərildiyi halda içindən kif göbələyi çıxıb. 

"Bu nə biabırçılıqdır? Evimizdə körpə uşaqlar içəcəkdi. Stəkana süzəndə adam heç içində nəsə olduğunu bilmir. Bunu hər gün nə qədər insan içir. Biri izah versin ki, bunun içərisində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə, iyrənc", - bloqer bildirib. 

Pravda.az məsələni araşdırmaq üçün şirkətlə əlaqə saxlayıb. Şirkətdən mövqe bildirəcəyi deyilib. 

Qeyd: Şirkət 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 69 942 716 AZN-dir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.