NASA astronavtları Azərbaycana təşəkkür etdilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq kosmik stansiyadan videobağlantı ilə müraciət ünvanlayıblar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən, yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
"Beynəlxalq Kosmik Stansiyadan sizə salamlar. Mən NASA astronavtı Soni Viliems və komandamızın digər üzvü Nik Heik. Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük. Biz Yer kürəsini hər 90 dəqiqədə bir dövr edirik və planetimizin necə dəyişdiyini müşahidə edirik: tropik fırtınalar, buzlaqların əriməsi və meşə yanğınlarının artması kimi ekstremal hava hadisələrinin güclənməsi.
Kosmik stansiyada quraşdırılmış alətlər və Yer kürəsini müşahidə etmək üçün NASA və tərəfdaşlarımızın peyklərindən istifadə edərək, biz və tərəfdaşlarımız planetimizi və iqlim dəyişikliyinin nəticələrini izləyirik, topladığımız məlumatları bütün dünyaya təqdim edirik.
Bizim missiyalarımız dəniz səviyyəsinin yüksəlməsi, atmosferdəki istixana qazlarının miqdarı, planetin ortalama temperaturu, okeanların istiləşməsi, meşələrin kəsilməsi və yalnız kosmosdan görə biləcəyimiz bitki və heyvan həyatına dair məlumatların toplanmasına kömək edir. Bu kritik onillikdə dünya iqlim böhranı ilə mübarizədə səylərini gücləndirməlidir.
Beynəlxalq komandamız adından Azərbaycana və COP29-da iştirak edən hər kəsə Yer kürəsinin gözəlliyini, möcüzələrini və müxtəlifliyini qorumaq üçün göstərdiyiniz səylərə görə təşəkkür edirik", - deyə NASA astronavtları Bakı Sammitinin açılış mərasiminə ünvanladıqları videomüraciətlərində bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
XƏBƏR LENTİ
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
"Sabah" və "Borussiya" matçında hesab açıldı - CANLI - YENİLƏNİR
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib





