COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib, mərasimə bp şirkəti də qatılıb.
Trend xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər rəsmi şəxslər iştirak ediblər.
-------
11:01
Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb
Milli.Az xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində keçiriləcək müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.
Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.
Milli.Az