Ölkə

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfərə gəlib

12 Noyabr 2024 09:46
Baxış: 361
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.