Azərbaycanda oğlan yeni tanış olduğu qızla "falçı" kimi danışaraq 36 min manatını mənimsədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Babək rayonunun Güznüt kəndində yaşayan 25 yaşlı Abbas Məmmədlinin falçılara məxsus iki səhifənin parolunu sındıraraq ələ keçirməsi məlum olub.
Müəyyən edilib ki, Abbas Naxçıvanda Yasəmən (şərti) adlı qızla tanış olub. Lakin bir neçə gün sonra həmin qız Abbasdan ayrılıb. Qızın baxıcı səhifələrinə yazdığını bilən Abbas bundan sonra falçılara məxsus səhifələri ələ keçirərək, falçı "Nailə" və "Bahar" adı ilə onunla yazışmağa başlayıb. Bu yolla o, Yasəməni özünə yönləndirib və münasibətini bərpa edib. Həmçinin Abbas qızı aldadaraq bəzi şəxslərin sağalması, ölməmələri, işlərin düzəldilməsi, xoşbəxtlik yolları və s. adlarla ondan hissə-hissə 36 250 manat pul alıb.
Qızın atası evdə saxladığı pulların yoxa çıxdığını görəndən sonra hər şeyin üstü açılıb və polisə müraciət edilib. Yasəmən pulları falçılara verdiyini bildirib. Polis isə falçıların adı ilə yazan şəxsin əslində Abbas olmasını müəyyən edərək onu saxlayıb. Gənc oğlan barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.
Həbs ediləcəyini görən Abbas pulların böyük hissəsini, yəni 30 min manatını polis idarəsində və məhkəmədə qızın ailəsinə qaytarıb. O, yerdə qalan 6 250 manat pulu da hər ay 1000 manat olmaqla qaytarmağa söz verib.
Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas Məmmədli 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron qolbaq taxılıb və Naxçıvan hüdudlarını tərk etməsi qadağan olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...





