Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır".
Bunu Milli.Az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.
O bildirib ki, həmin qaydalara əsasən, hamamın kvadratı minimum 7 kvadrat metr, hündürlüyü isə minimum 2.2 metr olmağı nəzərə alınaraq havalandırma və ventilyasiya sistemi olmalıdır.
"Həmçinin, hamam otağındakı tüstü bacası standartlara uyğun olaraq ən azı damdan yarım metr yüksəkdə çat olmadan işlək vəziyyətdə olmalıdır. Quraşdırılması isə yalnız normativ tələblərə cavab verməlidir.
Hamam otağının kvadratı havanın olmasına görədir. Əgər bu normativ tələblərə riayət olunmayıb hava çatışmazlığı olarsa, bu, dem qazı yaranması təhlükəsini yüksəldir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər".
Ekspert qeyd edib ki, bunların fonunda dem qazı əleyhinə detektor olmalıdır.
"Qaz təsərrüfatı olan yerdə həm qaz əleyhinə, həm də qaz sızması əleyhinə detektor olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub və təhlükəsizlik baxımından da məqsədə uyğundur. Dem qazından boğulma hallarının statistikasına baxanda görürük ki, əksər hallarda hamam otaqlarında baş verib. Evdə kombi və mərkəzi istilik sistemi olan evlərdə bu fakt daha azdır, çünki hamam otağında qaz cihazı yoxdur. Əgər hamam otağında qaz cihazı varsa, mütləq qaydalara riayət edilməlidir".
Qaz detektoru quraşdırmayan şəxslərə təbii qaz verilməyəcək?
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, abonentlərə ilk öncə xəbərdarlıq edilir. Bir neçə xəbərdarlıqdan sonra isə qazın verilişi dayandırılacaq.
O qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təbii qazdan tam təhlükəsiz və düzgün istifadəsini təmin etmək məqsədilə bütün bu zəruri tədbirləri görür.
Aysel Əkbər
Milli.AZ
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)





