"Asiya.az" 10 yaşını qeyd etdi – VİDEO - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektron mətbuatın regionda yaranan ilk nümunələrindən olan "Asiya.az" Xəbər Portalı 10 illik yubiley yaşını qeyd edib.
Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Grand" restoranında keçirilən yubiley tədbirində cənub bölgəsində fəaliyyət göstərən media qrumlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, ziyalılar iştirak edib.
Xəbər Portalının rəhbəri Cəfər Cəfərov dəyər verib, sevgi göstərərək yubiley yaşına təşrif buyuran hər kəsə sonsuz təşəkkürünü bildirib. O, qeyd edib ki, regionda kiçik komanda ilə məhdud şərtlər altında 10 il ayaqda durmaq böyük fədakarlıq tələb edir.
"Əsas vəzifəmiz regionda baş verən hadisələrdən obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. "Cənubdan dünyaya" şüarı ilə doğma Masallımızdan cahana boylanır, bölgənin səsi olmağa çalışırıq" - deyə baş redaktor bildirib.
Çıxış edənlər xəbər portalına uğurlarının davamlı olmasını və hər zaman indi olduğu kimi obyektiv, etibarlı informasiya mənbəyi olaraq fəaliyyət göstərməyi arzu ediblər.
Media və QHT rəhbərləri, idarə və təşkilat nümayəndələri "Asiya.az" Xəbər Portalının təsisçi və baş redaktoru Cəfər Cəfərova diplom, təşəkkürnamə və digər qiymətli hədiyyələr təqdim edərək öz təbriklərini çatdırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq





