Ölkə

Tuneldə ölən Elnurla Köçəri dəfn edildi - FOTO

23 Oktyabr 2024 14:52
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib.

Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar "Ford Transit" markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.

Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.