Ölkə

Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR

18 Oktyabr 2024 20:32
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Almaniyada itkin düşdüyü deyilən Tamerlan Təhməzovun anası yayılan məlumatlarla razılaşmır".

Milli.Az xəbər verir ki, gənc oğlanın anası lent.az-a bildirib ki, oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, oğlu Tamerlanla yaxın günlərdə telefon vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, Tamerlan Təhməzov sabiq baş nazirin müavini Əli Təhməzovun oğludur.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Almaniyanın paytaxtı Berlin şəhərində doktorantura təhsili alan Tamerlan Təhməzovun itkin düşməsi barədə xəbər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.