Ölkə

Azərbaycanda bu ali məktəb üçün iki yeni korpus tikiləcək

18 Oktyabr 2024 18:35
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan İdman Akademiyası üçün iki yeni korpus tikiləcək.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, akademiyanın 4-cü və 5-ci tədris korpuslarının tikintisi həyata keçiriləcək. 

Xatırladaq ki, daha əvvəl 2021-ci ildə akademiyanın 3 mərtəbəli yeni korpusu istifadəyə verilib.

Qeyd edək ki, bu ilin may ayında hökumətin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.