Ölkə

2 min abonent qazsız qaldı

24 Dekabr 2024 00:33
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran qazpaylayıcı stansiyasından təbii qazla təchiz edilən 225 mm diametrli ortatəzyiqli qaz kəmərinin rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində yaranmış qaz sızması ilə əlaqədar qeyd edilən qaz kəmərinə qazın verilişi dayandırılıb.

Milli.Az məlumat verir ki, nəticədə, rayonun Girdəni kəndi və Liman şəhərinin bir hissəsi, Göyşaban və Ürgə kəndlərində ümumilikdə iki minə yaxın abonentə qazın verilişində məhdudiyyət yaranıb.

Qəzanın ləğvi və təmir-bərpa işlərinin gedişi barədə əlavə məlumat veriləcək.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. /"Unikal"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.