Dünya

Məşhur milyarder pulunu xərcləməyə yer tapa bilmir

24 Dekabr 2024 07:46
Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli milyarder Uorren Baffetin rəhbərlik etdiyi "Berkshire Hathaway"in pul ehtiyatları şirkət tarixində ən yüksək həddə çatıb. 

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 94 yaşlı milyarder yeni ilə 325 milyard dollar (təxminən 11 trilyon 446 milyard TL) qənaətlə qədəm qoyarkən, Buffetin sərvətini niyə nağd saxladığı maraq mövzusuna çevrilib.

Mütəxəssislərin fikrincə, Baffetin nəhəng nağd pul yığımının əsas səbəbi bazarda həddən artıq qiymətləndirilmiş səhmlər və investisiya imkanlarının olmaması ola bilər. "Buffet Göstəricisi" kimi tanınan ABŞ səhmlərinin ümumi bazar dəyərinin ÜDM-ə nisbəti 209 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Glenview Trust Şirkətinin baş investisiya direktoru Bill Stoun deyib: "Baffetin pul yığımı bazarın həddindən artıq qiymətləndirilməsi və keyfiyyətli şirkətləri sərfəli qiymətlərlə tapa bilməməsi ilə əlaqədardır".

Qeyd edək ki, "Berkshire Hathaway" ABŞ-ın enerji şirkəti Occidental Petroleum-un 8,9 milyon səhmini 405 milyon dollara satın alaraq, şirkətdəki payını 28 faizdən çox artırıb. Bu alış Baffetin enerji sektoruna marağını bir daha nümayiş etdirib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.