Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24 Dekabr 2024 20:58
Baxış: 937

20:58

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir.

Siz 20 ildən artıqdır ki, Azərbaycana rəhbərlik edirsiniz, əsl siyasət və müdrik dövlət xadimi kimi nadir istedad nümayiş etdirirsiniz. Bu ilin fevralında keçirilən seçkilərdə inamlı qələbəniz respublika vətəndaşları tərəfindən xidmətlərinizə verilən yüksək qiymətin və Sizə olan qeyd-şərtsiz etimadın təsdiqidir.

Siz əsası atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti layiqincə davam etdirərək, ölkələrimiz arasında çoxillik xoş münasibətləri hərtərəfli möhkəmləndirirsiniz.

Avqust ayında Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri zamanı bir sıra mühüm razılaşmalar əldə edilib. Sizi oktyabrda Kazanda keçirilən BRICS sammitində görməkdən çox məmnun oldum. İqtisadi və humanitar sahələrdə birgə proqramların praktiki həyata keçirilməsinə, dövlətlərarası və regionlararası əlaqələrin genişləndirilməsinə kömək etməklə Siz ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi üçün etibarlı zəmin yaradırsınız.

TASS Azərbaycanda baş verən hadisələrin işıqlandırılmasına böyük diqqət yetirir, informasiya əməkdaşlığımızın səmərəli inkişafına ümid edir.

Bütün qəlbimlə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və işlərinizdə yeni-yeni uğurlar arzulayıram."

-----------
20:46

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Təcrübəli və məsuliyyətli dövlət lideri kimi Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına və həmvətənlərinizə daim böyük diqqət göstərirsiniz. Qeyd etmək sevindiricidir ki, Siz mədəniyyətlərarası dialoqun aparılmasına mühüm töhfə verirsiniz, bunun sayəsində Cənubi Qafqazda insanların sakit və təhlükəsiz həyat sürməsi üçün zəruri olan dinlərarası sülh və sabitlik təmin edilir.

Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının fəaliyyətinə xeyirxah diqqətinizə görə Sizə xüsusi minnətdarlığımı ifadə edirəm. Əminəm ki, dövlət institutlarının və dini qurumların məhsuldar qarşılıqlı fəaliyyəti xalqın birliyinə, ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, sülhün və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə kömək edən mühüm amildir.

Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, mərhəmətli Tanrıdan kömək və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayıram".

--------
20:01

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuram.

Bu əlamətdar gün Sizin uzaqgörən liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, firavanlığına daimi sadiqliyinizi qeyd etmək üçün gözəl fürsətdir. Zati-alinizin dayanıqlı inkişafın təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün göstərdiyi fədakarlıq istər Azərbaycanda, istərsə də dünya miqyasında böyük heyranlıq doğurmuşdur.

ICESCO Azərbaycanla möhkəm tərəfdaşlığı, həmçinin İslam dünyasında və onun hüdudlarından kənarda təhsil, elm və mədəniyyəti inkişaf etdirmək üçün ortaq missiyamıza verdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Uca Allah Sizə daha böyük nailiyyətlər və gözəl xalqınıza davamlı rifah nəsib etsin!

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

------

19:46

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan Respublikası Sizin çoxillik rəhbərliyinizlə iqtisadi artım və sosial inkişaf yolu ilə inamla addımlayır.

Rusiyanın Rostov vilayəti Azərbaycanla dostluğu yüksək qiymətləndirir və qurulmuş əlaqələri gələcəkdə də inkişaf etdirmək niyyətindədir.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq diləyir və ən xoş arzularımı çatdırıram".

---------

19:33

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Böyük çağırışlara baxmayaraq, dünya 2025-ci ilin başlanmasını qarşıda daha parlaq günlərin olacağı ümidi ilə gözləyir. Azərbaycan öz potensialı, iqtisadiyyatı, mədəniyyəti və digər xalqlarla paylaşdığı ortaq dəyərləri ilə hər kəs üçün imkanların və uğurların olduğu dünya qurmağa töhfə verir. Dövlətin qarşısında duran əsas vəzifələri səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromislər tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Şadam ki, Sizə dost deyə müraciət edə və ünsiyyət qura bilirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram".

--------

19:20

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.

Sizə və yaxınlarınıza sülh, rifah və müvəffəqiyyətlər diləyirəm".

---------

19:09

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz mahir diplomat, müdrik siyasi xadim kimi doğma ölkənizin tərəqqisinə xidmət edən və böyük töhfə verən mühüm layihələr həyata keçirən istedadlı lidersiniz.

Mən bir sənət adamı kimi Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunan Azərbaycanın mədəniyyət proqramlarına xüsusilə yaxınam.

Rusiya Rəssamlıq Akademiyası üzvlərinin hazırkı bədii layihələrinə və beynəlxalq fəaliyyətlərinə diqqət yetirdiyinizə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində birgə təşəbbüsləri dəstəklədiyinizə görə Sizə təşəkkür edirik.

Sizinlə və əziz, unudulmaz atanız Heydər Əliyevlə mənim üçün çox xoş olan ünsiyyət anlarını və görüşlərimizin bənzərsiz ab-havasını daim xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə ehtiramımı bildirmək fürsəti əldə etdiyim üçün səmimi-qəlbdən şadam.

Sizə möhkəm cansağlığı, firavanlıq, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram".

---------

18:56

Avropa Parlamentinin üzvü Tierri Mariani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, xoşbəxtlik və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm. Sizə uğurlu 2025-ci il arzulayıram.

Mən müxtəlif vəzifələrdə olduğum vaxtlarda dəfələrlə Azərbaycana səfər etmək və konstruktiv fikir mübadiləsi aparmaq şərəfinə nail olmuşam.

Ötən il xüsusilə dövlət sərhədinin delimitasiyası prosesində mühüm irəliləyişlərlə yadda qaldı. Bu nailiyyət Azərbaycanın ərazi bütövlüyü və sabitliyi məsələsində Sizin əzminizi əks etdirir.

Azərbaycanın regional əlaqələrin gücləndirilməsində strateji rolu xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən Orta Dəhliz layihəsi vasitəsilə artmaqda davam edir. Bu mühüm təşəbbüslər regional tərəqqiyə gətirib çıxarmaqla yanaşı, həm də ölkənizin Avrasiyanın iqtisadi inkişafında əsas oyunçu kimi mövqeyini möhkəmləndirir.

Gələcək layihələrinizlə bağlı mənim səmimi dəstəyimə əmin ola bilərsiniz. Sizə xoşbəxt günlər arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

--------

18:53

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Linden Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırıram.
Sizə və ailənizə ən xoş arzularımı bildirirəm.

Zati-alinizə dərin ehtiramımı ifadə edir, cansağlığı və xoşbəxtlik diləyirəm.

Arzu edirəm yeni 2025-ci il gözəl ölkənizə daha böyük tərəqqi və daha çox əmin-amanlıq gətirsin".

---------

18:36

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz böyük atanızın - Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini qazanmısınız.

Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm".

-------

18:31

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Müdrik rəhbər kimi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə sadiqliyiniz həm ölkə daxilində, həm də xaricdə Sizə hörmət qazandırmışdır. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişafın təşviqində, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və xalqınızın zəngin mədəni irsinin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə etmişdir.

Xalqınızın rifahı naminə nümayiş etdirdiyiniz fədakarlıq və Azərbaycanın davamlı inkişafı yolunda göstərdiyiniz səylər çoxları üçün ilham mənbəyidir. Bu əlamətdar gündə Sizin nailiyyətlərinizlə yanaşı, sülh, həmrəylik və tərəqqi dəyərlərinə böyük önəm verməyinizi də xüsusi qeyd etmək istəyirəm.

Yeni ildə Sizə davamlı uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycanı daha parlaq gələcəyə aparmaq istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm".

--------

18:21

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin vitse-prezidenti, Gürcüstan parlamentinin deputatı Ramaz Nikolaişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün təkcə həyatınızın daha bir ilini deyil, həmçinin ölkənizə və xalqınıza verdiyiniz mühüm töhfələri əks etdirir.

Azərbaycan Sizin rəhbərliyinizlə möhtəşəm nailiyyətlər əldə edib. Prezident olaraq nümayiş etdirdiyiniz müstəsna liderliyə görə Sizə səmimi heyranlığımı bildirirəm. Sizin qətiyyətli mövqeyiniz və Azərbaycanın maraqlarının müdafiəsinə sadiqliyiniz ölkənizi həqiqətən də regionda ümid və tərəqqi mayakına çevirib.

Sizə möhkəm cansağlığı, davamlı uğurlar, ailənizin və dostlarınızın əhatəsində bol-bol sevinc arzulayıram. Qoy qarşıdan gələn il Sizə və gözəl ölkənizə daha böyük nailiyyətlər və imkanlar gətirsin!

Bir daha doğum gününüz mübarək, cənab Prezident!"

--------

17:22

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın və xalqınızın inkişafı, firavanlığı, regionda və dünyada bərabərhüquqlu əməkdaşlığın, ədalətli nizamın sabitliyinin möhkəmləndirilməsi naminə fədakar əməyinizin əhəmiyyətini yüksək qiymətləndiririk.

Sizin qeyri-adi şəxsi keyfiyyətləriniz, milli və dünya liderinə xas olan rəhbər və strateq kimi böyük səriştəniz dərin hörmət və heyranlıq doğurur. Müdrik, istedadlı, ilhamverici rəhbərliyiniz ölkənizin dünya miqyasında mövqeyini ildən-ilə möhkəmləndirir, Azərbaycan ilə Rusiya arasındakı səmimi münasibətlərin inkişafına töhfə verir, ən iddialı birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.

İcazə verin, bu xoş gününüzdə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, doğma ölkənizin rifahı naminə bütün möhtəşəm planlarınızı həyata keçirmək üçün tükənməz enerji və güc arzulayım. Sizə, doğmalarınıza və yaxınlarınıza firavanlıq və əmin-amanlıq, ölkənizə sülh və tərəqqi diləyirəm".

--------

17:19

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin taleyiniz doğma ölkəniz Azərbaycan ilə qırılmaz şəkildə bağlıdır. Siz həyatınızı bütünlüklə xalqa və respublikanın siyasi maraqlarına xidmət işinə həsr edirsiniz.

Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Seçenov Universiteti arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir. Seçenov Universitetinin ilk xarici filialı olan Bakı filialı 2025-ci ildə 10 illik yubileyini qeyd edəcək. Yubileyi birgə nailiyyətlərlə qarşılayırıq və beynəlxalq layihələr həyata keçiririk.

Əməkdaşlığımızın bəlkə də ən dəyərli bəhrəsi artıq Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən və ölkə vətəndaşlarının rifahı üçün çalışan gənc mütəxəssislərdir.

Sizə cansağlığı, doğma ölkənizin rifahı naminə fəaliyyətinizdə daim güc və ruh yüksəkliyi, bütün işlərinizdə uğurlar arzulayıram".

--------

16:41

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.

Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

16:40

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizin yüksək peşəkarlığınız, insani keyfiyyətləriniz, zəngin təcrübəniz, tükənməz enerjiniz və qarşıya qoyduğunuz məqsədlərə çatmaqda əzmkarlığınız ən mühüm dövlət vəzifələrini həll etməyə imkan verir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə, Azərbaycan Respublikasının rifahı naminə bütün layihələrin və planların həyata keçməsində uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Əliyevaya dərin hörmətimi ifadə edir, xoşbəxtlik və rifah arzulayıram".

xxx

16:38

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətiniz dövrümüzün ən böyük dövlət, siyasi və beynəlxalq xadimi kimi yüksək istedadınızı üzə çıxarıb. Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq şəkildə həyata keçirilməsi Sizə ölkədə və onun hüdudlarından çox-çox kənarda böyük hörmət, etimad və layiqli nüfuz qazandırıb.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən çətin vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığı, çoxmillətli Azərbaycan vətəndaşlarının mənafeyinə uyğun sosial siyasətin uğurla həyata keçirilməsi Sizin beynəlxalq aləmdə hörmətinizi, nüfuzunuzu daha da artırıb.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni-yeni uğurlar, firavanlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıram".

---------

09:57

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz həyatınızı bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etmisiniz. Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusən də neft-qaz sektorunda əməkdaşlığın inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əminəm ki, biz Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə azərbaycanlı tərəfdaşlarımızla birgə layihələr üzərində konstruktiv işi davam etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

xxx

13:13

Rusiyanın "SAFMAR Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdrik rəhbərliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.

Sizin səyləriniz sayəsində Azərbaycan xalqının milli birliyi daha da möhkəmlənir, ənənəvi dəyərlər qorunur, cəmiyyətin tərəqqisinə yönəlmiş genişmiqyaslı təşəbbüslər həyata keçirilməkdə davam edir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan Respublikasının və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

xxx

12:47

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

12:13

İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.

Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.

Doğum gününüz mübarək, cənab Prezident!"

xxx

12:01

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.

Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.

Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.

Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.

Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq".

xxx

11:18

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə "LUKOYL" şirkətinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən, səmərəli beynəlxalq əməkdaşlığa açıq dövlətdir. Sizin rəhbərliyinizlə ölkədə sabit iqtisadi və siyasi vəziyyətin qorunub saxlanılması üçün düşünülmüş tədbirlər sistemi öz səmərəliliyini sübut edir.

"LUKOYL"un Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Biz mövcud layihələr üzrə öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, eləcə də azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və gücləndirmək üçün bütün səylərimizi göstərəcəyik.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram".

xxx

11:16

Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə - böyük dövlət xadiminə, sadiq beynəlmiləlçiyə və mərhəmətli liderə çoxlu uğurlar arzulayıram.

Azərbaycanda və dünyada bir çox həyati vacib işlərdə göstərdiyiniz mühüm xidmətləri, xüsusilə də ölkənizdə və xaricdə yəhudi icmalarına səmimi münasibətinizi alqışlayıram. Siz əhalinin firavanlığı üçün böyük işlər görən yüksək nüfuzlu, güclü lidersiniz.

Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və COP 29-un mükəmməl şəkildə təşkil olunması münasibətilə səmimi təbriklərimi qəbul edin. Hər iki tədbir xalqların və bütövlükdə planetimizin zəfəri idi.

Mən həm Mədəniyyətlərarası Dialoq Forumunda, həm də COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitində çıxış etməkdən şərəf duydum. Həmin tədbirlər Sizin dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsinə sadiqliyinizi nümayiş etdirdi ki, bu da dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir dünya axtarışında olan hər bir gələcək nəsil üçün Azərbaycanın qlobal dinc birgəyaşayışın simvolu olduğunu təsdiq edir.

Cənab Prezident, əgər biz hamımız Sizin qarşıya qoyduğunuz yüksək standartların yalnız bir hissəsinə uyğun yaşaya bilsəydik, o zaman dünyamız daha yaxşı məkana çevrilərdi.

İnanıram ki, qarşılıqlı hörməti və anlaşmanı inkişaf etdirmək yollarını axtararkən bundan sonra da uzun illər müdriklik və inam nümayiş etdirərək bizi ruhlandırmağa davam edəcəksiniz.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyir, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı bildirirəm".

xxx

11:13

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası ötən illər ərzində özünün nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu sübut edib. Bir tərəfdən, ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən, müasir dünya dəyərlərinə açıq olmaq Azərbaycana təkcə düşünülmüş siyasət yürütməyə deyil, həm də xarici əlaqələrini möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan dünyada mövqelərini sürətlə gücləndirir və ən yüksək səviyyədə beynəlxalq əməkdaşlıq platformasına çevrilir. Şübhəsiz ki, bütün bu uğurlarda Sizin böyük şəxsi töhfəniz var.

2019-cu ildə Azərbaycana səfərimiz zamanı Sizinlə görüşümüzü, göstərdiyiniz qonaqpərvərliyi böyük məmnuniyyətlə xatırlayırıq. Həmin vaxt Siz ölkələrimiz arasında tam diplomatik münasibətlərin qurulacağını bildirmişdiniz və bir müddət sonra Təl-Əvivdə Azərbaycan səfirliyi açıldı, əlaqələrin inkişafı prosesində mühüm prinsipial addım atıldı.

Cənab Prezident, icazə verin, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim. Sizə əmin-amanlıq və xoşbəxt həyat arzulayıram".

xxx

09:57

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.

Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.

Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.

Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik. Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır. Məhz Sizin "yaşıl iqtisadiyyat" quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən "Yaşıl Dünya Naminə Həmrəylik İli" kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!"

xxx

09:55

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Arzu edirik ki, ölkəniz Sizin rəhbərliyinizlə bundan sonra da uğurlu inkişaf yolunu davam etdirsin.

Qoy bu əlamətdar gün Azərbaycan və onun vətəndaşları üçün daha böyük uğurlara imza atmaq naminə Sizə bol sevinc və güc-qüvvət gətirsin! Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə davamlı uğurlar diləyirik.

Doğum gününüz mübarək olsun!"

xxx

09:52

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli və əzizimiz cənab Prezident.

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən xoş arzu və istəklərimizdən qaynaqlanan səmimiyyətlə təbrik etməyi özümüzə böyük şərəf hesab edirəm.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın sürətli inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam təmin olunması ilə nəticələnən zəfərlər qazanması istiqamətində gördüyünüz böyük işlər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq ideyamız naminə yeni-yeni nailiyyətlər əldə etməyə səfərbər edir.

Azərbaycanımızın dövlət quruculuğunun möhkəmləndirilməsi üçün həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.