İqtisadiyyat

Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR - VİDEO

25 Dekabr 2024 00:37
Baxış: 5 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn ildən artacaq əməkhaqqı, pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Prezident sərəncamına əsasən, yeni ildə ölkə üzrə minimum əməkhaqqı, həmçinin əmək pensiyalarının minimumu artacaq.

Milli.Az xəbər verir ki, bunu "DOST" agentliyi idarə heyəti sədrinin müavini Seymur Alıyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Seymur Alıyev deyir ki, 3 ay ərzində nazirlər kabineti tərəfindən digər müavinətlər və prezident təqaüdlərinin məbləği barədə təkliflər də təqdim olunacaq. Paralel olaraq hər il olduğu kimi, 2025-ci ilin fevralından etibarən əmək pensilyaları indeksləşdirilərək, artımlar əlavə olunacaq.

Sosial islahat paketi 3 milyona yaxın insanı əhatə edəcək. Artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.