Siyasət

İraq Prezidenti İlham Əliyevə zəng edib

24 Dekabr 2024 19:03
Baxış: 268

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az bildirir ki, Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.