Dünya

Tullanır, hürür və partaların üstünə çıxır: Müəllimin qəribə görüntüləri gündəm oldu - VİDEO

18 Oktyabr 2024 20:46
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krasnoyarsk məktəbində fizika müəllimi qeyri-standart tədris metodları nümayiş etdirib. Belə ki, o, düsturlar və tənlikləri öyrətməkdən əlavə, sinif otağında "kvadrober"lər kimi tullanır, hürür və partanın üstünə çıxırdı.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "kvadrober" müəllim barədə ilk məlumatı "Baza" "Telegram" kanalı yayıb.

Bildirilib ki, onun tədris yanaşması uşaqları sevindirsə də, yetkin insanlar onun pedaqoji üsullarına tənqidi yanaşıblar.

Viktor Kasyanov əvvəllər Krasnoyarskın 147 nömrəli məktəbində işləyib. Lakin bu yaxınlarda işdən çıxıb və özəl təhsil müəssisəsinə keçib. Müəllimin əvvəlki iş yerinin rəhbərliyi etiraf edib ki, müəllimin "fərqliliyi"nə etirazları olmayıb.

Qeyd edək ki, müəllim açdığı "Telegram" və "YouTube" kanallarında ev tapşırıqlarını dərc edir və məsələlərin həllində kömək edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.