Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Mİlli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verirlib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Saat 21:07-də çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun