Ölkə

Hər gün satılan yüzlərlə "dəvə qutabı" həqiqətən dəvə ətindən hazırlanır? - VİDEO

17 Oktyabr 2024 08:04
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan mətbəxinin əvəzolunmaz dadı sayılan dəvə qutabına müxtəlif yerlərdə rast gəlmək mümkündür. Əsasən "Corat qutabı" kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onun dəvə ətindən hazırlanmadığına dair iddialar da var.

Restoranlarda dəvə qutabı adı ilə verilən qida müzakirələrə səbəb olub.

''Corat qutabı'' kimi də tanınan bu qida həqiqətən də dəvə ətindən hazırlanır?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Abşeron şöbəsindən bildirilib ki, dəvə kəsimi ilə bağlı onlarda hələ ki heç bir məlumat yoxdur. Ola bilsin ki, dəvələr şəxsi təsərrüfatlarda kəsilir.

Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd edilib ki, iri və xırdabuynuzlu heyvanların kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizası aparılan heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Sahibkarlıq subyektləri kəsimi həyata keçirərkən həmin heyvana dair sağlamlıq arayışını da təqdim etməlidirlər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.