Ölkə

"Burada mənim övladımın həyatıyla oynayırlar” - VİDEO

16 Oktyabr 2024 12:50
Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir ay əvvəl Goranboy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılsa da pasiyentlər oradakı aparatların köhnə olmasından şikayətçidirlər.

"Milli.Az" "İTV"yə istinadən xəbər verir ki, xəstələr köhnə və istifadəyə yararsız cihazların olduğunu, bu cihazların da onların sağlamlığına ciddi təsir göstərdiklərini bildirib.

"Aparatların hamısı köhnədi. Hemodializ şöbəsi yeni açılıbsa, hanı təzə aparatlar? Burada mənim övladımın həyatıyla oynayırlar. Aparatların batareyaları olmalıdır ki, onlar enerji saxlasın. İşçilər də təzə olduğu üçün təcrübəsizdilər deyə qanı bədənimizə qaytara bilmirlər".

İddialara xəstəxananın şöbə müdiri Şəhruzə Rüstəmova cavab verib. Onun sözlərinə görə, hazırda tibb ocağında 10 ədəd yeni və işlək aparat var:

"Hansısa texniki nasazlıq olduğu zaman problem aradan qaldırılır. Xəstələrin dializə açılıb bağlanmasında problem yaranmır". 

Ətraflı videomaterialda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.