Səfərbərliyin 259 əməkdaşı məsuliyyətə cəlb edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib.
Milli.Az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər ardıcıllıqla davam etdirilir:
"Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barələrində 4 yararsızlıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması, bu sahədə normativ bazanın təkmilləşdirilməsi, habelə cavabdehlik hissinin artırılması və nəzarətin gücləndirilməsi korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.
Xidmətin strukturunda korrupsiya, hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





