QAİ Stanonun Ermənistanın silahlandırılmasına haqq qazandıran bəyanatını pislədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərbi Azərbaycan İcması olaraq, Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır. Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib.
Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır.
Hərbiləşdirmə məsələsinə gəldikdə isə, vurğulayaq ki, həm Aİ, həm də onun üzv dövlətləri, ilk növbədə Fransa, Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. Aİ-nin "Avropa Sülh Fondu" vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. Aİ-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz.
Hamıya məlumdur ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır. Bu baxımdan, revanşist meyllərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz.
Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik", - məlumatda bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub





